AZ

Argentinada insan haqları qurumları Netanyahunun həbsini istəyir

Bakı, TurkicWorld , Nərmin Ağayeva

Argentinada insan haqları təşkilatları İsrailin baş naziri Benyamin Netanyahunun sentyabrın 7–10-da Buenos Ayresə planlaşdırılan səfəri zamanı həbs edilməsini tələb ediblər.

TurkicWorld xəbər verir ki, Dövlət İşçilərinin Dərnəyi (ATE) və H.I.J.O.S. təşkilatı federal məhkəməyə müraciət edərək onu “müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər”də ittiham edib.

Şikayətdə Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ildə verdiyi həbs qərarına istinad olunub və Netanyahunun Qəzzada aclıqdan ölüm, qətl, təqib və BMT obyektlərinə hücum kimi cinayətlərə görə məsuliyyət daşıdığı bildirilib.

Argentina prezidenti Xavyer Milei isə hökumətin BCM qərarlarını tanımadığını açıqlayaraq, bunun İsrailin “qanuni özünümüdafiə haqqını” nəzərə almadığını deyib.

Seçilən
90
turkic.world

1Mənbələr