Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
31 yaşlı Corcina Rodriguez məşhur futbolçu Kriştianu Ronaldodan evlilik təklifi alıb.
O, şad xəbəri sosial şəbəkədə paylaşaraq, evlilik təklifi üçün aldığı brilyantın fotosunu paylaşıb və ispan dilində "Bəli, razıyam. İndiki və bütün həyatımda" sözlərini yazıb. İnstaqramda ən populyar şəxs olan Ronaldonun özü hələlik susur.
Onların sevgi hekayəsi doqquz il əvvəl Corcinanın işlədiyi Madriddəki “Gucci” butikində başlayıb. O vaxt Kriştianu “Real Madrid” komandasında parlayırdı. O vaxtdan bəri cütlük birlikdədir və ikisi müştərək olaqla, beş uşaq böyüdürlər. Onların kiçik qızı Bella 2022-ci ilin aprelində dünyaya gəlib, eyni zamanda cütlük faciə yaşayıb, əkiz oğullarını itiriblər.
Corcina Ronaldonun daha üç övladının böyüməsinə də kömək edir.
Onların nişan xəbəri artıq Kim Kardaşyan, Lauren Sançes-Bezos və Şarlotta Tilberi tərəfindən bəyənilib. 2022-ci ildə Ronaldodan müsahibə alan Pirs Morqan onlara "evlilikdə Kriştianonun futbol meydançasında əldə etdiyi uğurlar qədər uğur" arzulayıb.
Ailə hazırda Ronaldonun illik 177 milyon funt- sterlinqlik rekord müqavilə ilə "Əl-Nassr"da oynadığı Ər-Riyadda yaşayır. 40 yaşlı futbolçu bir müddət əvvəl müqaviləni 2027-ci ilə qədər uzadaraq, təqaüdə çıxmaqla bağlı söz-söhbətləri puç etmişdi.
Zərgərlik mütəxəssisləri üzüyün çəkisini 25-30 karat, qiyməti isə 2 milyon dollardan 5 milyon dollara qədər qiymətləndirirlər.
Xəzər
“Cebheinfo.az”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.