"Liderlər Ağ Evdə mətbuata bəyanatlarında müzakirə edilən məsələlərdən, imzalanan sənədlərin əhəmiyyətindən bəhs etdilər. "ABŞ Prezidenti tərəfindən bu tarixi tədbirə dəvət edilməyimdən şərəf duyuram. Birincisi, bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq" söyləyən cənab İlham Əliyev bildirdi ki, biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və gələcəkdə də fəal əməkdaşlığımız olacaq. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31