ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda itkin düşən yeniyetmə qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, itkin düşmə kimi axtarışı elan edilən 14 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.
***10:36
Bakıda 14 yaşlı qız itkin düşüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Avqustun 11-də Xətai rayou, Əhmədli qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Abbas Əziz oğlu Hüseynli ərizə ilə polisə müraciət edərək bildirib ki, avqustun 10-da saat 16 radələrində qızı, 2011-ci il təvəllüdlü Aydan Abbas qızı Hüseynli yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.