AZ

İlon Maskla "Apple" arasında MÜNAQİŞƏ YARANDI

Süni intellekt şirkəti xAI-nin təsisçisi İlon Mask Apple-a qarşı antimonopol iddia qaldırmağa hazırlaşır.

Olaylar.az Mask Apple-ı OpenAI adlı digər süni intellekt şirkətinə üstünlük yaratmaqda ittiham edir.

Mask bildirib ki, Apple App Store-da OpenAI-dən başqa heç bir süni intellekt şirkətinin birinci yerə çıxmasına imkan vermir. Milyarder bunun antimonopol qanunlarını pozduğunu vurğulayaraq, xAI-nin dərhal məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Münaqişənin əsas səbəbi Apple-ın X (əvvəlki Twitter) və Grok tətbiqlərini "Mütləq yüklənməli" bölməsinə daxil etməməsidir, baxmayaraq ki, bu tətbiqlər yüksək reytinqlərə malikdir.

Mask sual edir: "Siz siyasətlə məşğul olursunuz?"

Qeyd edək ki, Apple ilə OpenAI arasında ChatGPT-nin bütün cihazlara inteqrasiyası üzrə razılaşma bir il əvvəl bağlanıb. Maskın tənqidlərinə Apple hələlik rəsmi cavab verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr