ain.az bildirir, Gununsesi portalına istinadən.
Amerikalı sahibkar İlon Mask “Apple” şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulması iddiası ilə məhkəmə iddiası qaldırıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə “X” rəhbəri özünün sosial media hesabından məlumat verib.
Onun sözlərinə görə, “App Store”da elə şərait yaradılıb ki, süni intellekt sahəsində “OpenAI”dan başqa heç bir şirkət birinci yeri tuta bilməz.
Hazırda “ChatGPT” ABŞ-də “iPhone” üçün “App Store”un “Ən yaxşı pulsuz tətbiqlər” bölməsində liderlik edir. Maskın şirkəti tərəfindən hazırlanan “Grok” neyroşəbəkəsi beşinci yerdə, “Google”un “Gemini” çatbotu isə yalnız 57-ci mövqedədir.
Bundan əlavə, “ChatGPT” “App Store”da “Must-Have Apps” (“Mütləq yüklənməli tətbiqlər”) seçiminə düşən yeganə süni intellekt çatbotudur ki, bu da Maskın fikrincə, tətbiq seçimində qərəzliliyi təsdiqləyir.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.