Cari ilin yanvar-iyul aylarında Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 36,4 min gənc işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qeyd edilən dövrdə qurum 4 mindən çox gənci müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edib, əsasən gənclərdən ibarət 152 min nəfərəisə peşə və ixtisas seçimlərinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətləri göstərib.
Hesabat dövründə, daha 2 minə yaxın gənc özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün kiçik biznesin təşkili və idarəolunması üzrə təlimlər təşkil olunub. Təlimləri uğurla bitirən gənclər biznes-planlarına uyğun aktivlərlə təmin edilib.