Idmanxeber.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gənvə şəhər stadionunda çalışmalar davam edir.
İdmanxeber.az-ın məlumatına görə, arenanın ən qısa vaxt hazır duruma gətirilməsi gözlənilir. Gəncə şəhər stadionu gələn ay keçiriləcək MDB oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək. Bu səbəbdən də stadionda işlər aramsız davam edir.
Gələn ay turnirin açılışı bu stadionda keçirilsə də, arenanın qazonu tam hazır durumda olmayacaq. Vaxt məhdudiyyəti olduğu üçün meydançaya müvəqqəti olaraq süni qazon yerləşdiriləcək. Daha sonra isə təbii örtüklə əvəzlənəcək.
Bu halda isə “Kəpəz”in cari il Gəncə şəhər stadionunda ev oyunlarını keçirməsi mümkünsüz görünür. “Sarı-göylər” ən yaxşı halda 2026-cı ildə doğma meydanlarına qayıda biləcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.