AZ

Ermənistan ABŞ-la hərbi təlimlərə başlayır

Bu gün Ermənistanda “Eagle Partner” adlı bir həftəlik erməni-amerikan hərbi təlimləri başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan hərbçiləri avqustun 20-dək beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün təlim keçəcəklər.

Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək. Manevrlər təlim və tibbi təxliyə əməliyyatlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların icrasını əhatə edəcək.

Təlimlərin bəyan edilmiş məqsədləri beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, Ermənistan silahlı qüvvələrinin sülhməramlı hissəsinin hazırlığının artırılmasıdır.

Seçilən
74
2
publika.az

3Mənbələr