ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İkinci Liqada iştirak etməyi hədəfləyən Region Liqası təmsilçisi "Xudat" istəyinə çatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komanda "Şəki Siti" adı altında fəaliyyət göstərəcək.Razılıq əldə olunub ki, Bəhmən Həsənovun baş məşqçisi olduğu kollektiv "Şəki Siti" ilə birləşərək 2-ci Liqada mübarizə aparsın. Detallar həftəiçi dəqiqləşəcək. Komanda üzvləri iki gün sonra Şəkiyə gedəcək. Orada komandalar birləşəcək və bundan sonra seçim ediləcək. Bundan sonra Həsənov kimlərlə yoluna davam edəcəyinə qərar verəcək.
Qeyd edək ki, "Şəki Siti" ötən mövsüm 2-ci Liqanın yekununda 14 komanda arasında 10-cu yerlə kifayətlənib.
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.