AZ

Prezident Fərman İmzaladı

Ajans.az xəbər verir ki, fərmana əsasən, “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib.

Nazirlər Kabineti dövlət başçısının aktlarının bu fərmana, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanına uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Elektron Hökumət İnformasiya Sisteminin və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməki, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Seçilən
58
1
Ajans.az

2Mənbələr