Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nizamnaməsinə dəyişikliyi təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı prezident yeni fərman imzalayıb.
Sənədə əsasən, İRİA yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı RİNN-ə təkliflər verəcək.
Ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak edəcək.
Həmçinin, rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə dair ildə iki dəfə Nazirliyə hesabat verəcək.