AZ

"Səbail" qarşılaşacağı daha iki rəqib müəyyənləşdi

Yeni mövsüm I Liqada çıxış edəcək "Səbail" çempionata hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" aşağı liqa təmsilçiləri ilə gücünü sınayacaq.

Belə ki, Bayıl təmsilçisi 1-ci Liqa klubu "Baku Sportinq" və 2-ci Liqanın debütantı "Xankəndi" ilə qarşılaşacaq.

Oyunların günü və vaxtı ilə bağlı detallar yaxın günlərdə dəqiqləşdiriləcək.

Qeyd edək ki, "Səbail" hazırlıq çərçivəsində ilk sınağını avqustun 8-də "Xudat"a qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" isə 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr