Biləsuvar rayonunda yerləşən Mahmudçala ovçuluq təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.
Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.