Bakı. Trend:
13 avqustda İranda elektrik enerjisinin çatışmazlığına görə,ölkənin 31 vilayətindən 17-də qeyri-iş günü elan olunub.
Bu barədə Trendİran mediasına istinadən məlumat verib.
Məlumata görə, bəzi vilayətlərdə dövlət idarələri, ictimaiqurumlar və təhsil müəssisələrinin fəaliyyətinin onlayn şəkildəhəyata keçirilməsinə qərar verilib.
Bu qərarın sabah İranda güclü isti hava şəraitinin davam etməsi,soyuducu vasitələrdən kütləvi şəkildə istifadə olunmasına görəverildiyi qeyd olunur.
Qeyd edək ki, İranda elektrik enerjisi istehsalı potensialı 93min meqavatdan çoxdur. Son günlərdə İranda elektrik istehlakı 77min meqavat saatdan çox təşkil edib. Elektrik istehlakının yüksəksəviyyədə olduğuna görə, ölkədə elektrik müəyyən fasilələrləverilir.