"AZ Alkmaar"da çıxış etmiş hücumçu Ernest Pokunun "Bayer"ə keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderllandlı forvardla 5 illik əmək müqaviləsi imzalanıb.
Alman mətbuatının yazdığına görə, Poku Leverkuzenə bonuslar nəzərə alınmasa 10 milyon avroya başa gəlib.
Ötən mövsüm 21 yaşlı vinger AZ Alkmaar-ın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.
Poku avqustun 23-də Bundesliqada "Bayer"də debüt edə biləcək.Almaniya çempionatının ilk turunda "Leverkuzen" "Hoffenhaym"la qarşılaşacaq.