AZ

Hərbi forma geyinmiş silahlı şəxslər 14 nəfəri qətlə yetirib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Monte Sinai rayonunda hərbi forma geyinmiş silahlı şəxslərin küçələrdə açdığı atəş nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu hadisədən əvvəl Santa Lucia şəhərində gecə klubunun qarşısında baş verən atışmada isə 8 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. Ölənlər arasında şəhər meri qardaşı və klub sahibi Xorxe Luis Urkizo da var. Polis mənbələri bildirir ki, Monte Sinai rayonundakı hücumu bir neçə pikapla gələn təcavüzkarlar həyata keçirib və fərq qoymadan atəş açıblar. Yaralılar xəstəxanalara çatdırılıb, təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyat aparır, lakin hələ də hücum edənlər tutulmayıb. Hücumlar Quayaquil şəhərinin yüksək cinayət səviyyəsinə malik Nueva Prosperina və Santa Lucia rayonlarında baş verib. Polis hər iki hadisənin mütəşəkkil cinayət dəstələrinin qarşıdurması ilə bağlı olduğunu ehtimal edir, amma hədəflər barədə rəsmi açıqlama verməyib. Hadisələr bölgədə gərginliyi artırıb və təhlükəsizlik qüvvələrinin fəaliyyəti davam edir. Конец формы

 

Seçilən
94
Ajans.az

1Mənbələr