"Bayer" klubu heyətini Ernest Poku ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Bayer" gənc vinger üçün "Alkmaar"a 10 milyon avro ödəyəcək.

Poku 2 mövsümdür Niderland klubunun əsas üzvlərindən biri idi. O, burada 73 oyunda 4 qol vurmağı bacarıb.

Qeyd edək ki, Leverkuzen təmsilçisini bu mövsümdən etibarən Erik ten Haq çalışdıracaq.