Bakı. Trend:
Beyləqanda tanışını öldürməkdə təqsirləndirilən SeyidağaRüstəmlinin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbərverir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəhökm oxunub.
Hökmə əsasən, Seyidağa Rüstəmli 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2024-cü il 11 oktyabrda baş verib. SeyidağaRüstəmli sərxoş vəziyyətdə ictimai asayişi pozaraq avtomobil yolunaçıxıb və sürücülərlə mübahisə edib. Hadisənin qarşısını almaq üçünRamil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağaçalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasındamübahisə yaranıb. Seyidağa Ramilə yumruqla xəsarət yetirib.
Ramil Kərimov xəstəxanaya yerləşdirilsə də hadisədə 11 gün sonraxəstəxanada ölüb.
Təqsirləndirilən Seyidağa Rüstəmli Cinayət Məcəlləsinin 126.3-cü(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəbolma), 221.2.2-ci maddəsi ilə ittiham edilib.