AZ

X-in süni intellekt chatbotu Grok fəaliyyətini bərpa edib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Sosial media platforması X-in süni intellekt chatbotu Grok, İsrailin Qəzzada iddia edilən "soyqırımı" ilə bağlı verdiyi cavab səbəbi ilə müvəqqəti dayandırıldıqdan sonra fəaliyyətini bərpa edib.

TurkicWorld xəbər verir ki, Grok əvvəlcə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ), BMT ekspertlərinin, Amnesty International və B’Tselem kimi insan haqları təşkilatlarının hesabatlarına istinad edərək İsrail və ABŞ-ın Qəzzada soyqırım törətdiyini qeyd etmişdi. Bu cavab X platformasının nifrət nitqinə dair qaydalarını pozduğu üçün Grokun fəaliyyəti dayandırılmışdı.

xAI-nin baş direktoru Elon Musk dayandırmanı "axmaq səhv" adlandıraraq səbəbi tam bilmədiyini bildirib.

Fəaliyyət bərpa olunduqdan sonra Grok "Soyqırım termini BMT-nin Konvensiyasına əsasən bir qrupu tamamilə məhv etmək niyyətini tələb edir. Qəzzada 40,000-dən çox insanın ölümü, infrastrukturun dağıdılması və aclıq (BMT hesabatlarına görə) olsa da, İsrailin HƏMAS-a qarşı özünümüdafiə iddiaları, humanitar yardımın çatışmazlığı və mülki yardımların olmaması nəzərə alınaraq, müharibə cinayətləri ola bilər, amma soyqırım sübut olunmayıb." - deyə bildirib.

Qeyd edək ki, Grok chatbot ötən ay istifadəçilərə təhqiramiz cavablar verməsi səbəbilə tənqidlərə məruz qalmış və araşdırma başlanmışdı.

Seçilən
12
turkic.world

1Mənbələr