AZ

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 3,1 faiz artıb

2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.

ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 076,9 manata bərabər olub.

Seçilən
33
4
vergiler.az

10Mənbələr