Ajans.az People-a istinadən xəbər veir ki,Kolumbiya şəhərindən olan qalib, heç vaxt getmədiyi bir yanacaqdoldurma məntəqəsindən bilet aldığını bildirib. O, biletin üzərindəki qoruyucu təbəqəni cızmazdan əvvəl maşında dua etdiyini və qalib gəlmək istədiyini vurğulayıb. Bileti qeydiyyatdan keçirərkən əllərinin titrədiyini deyən qadın, qələbəsini əsl möcüzə adlandırıb. Qalib olduqdan sonra pulun bir hissəsini xeyriyyəçilik üçün ayırıb. Yanacaqdoldurma məntəqəsi City Fuel & Food isə lotereya təşkilatçılarından 20 min bonus alıb.