AZ

“ABŞ-ı yalan uydurmağa və problem yaratmağa son qoymağa çağırırıq" - Fu Konq

Yazını böyüt
Yazını kiçilt

Çinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Fu Konq ABŞ-ın Çinə qarşı dəniz təhlükəsizliyi, o cümlədən Çinin Panama kanalı bölgəsindəki iddia edilən təsiri ilə bağlı ittihamlarını rədd edib.

Hafta.az-ın yazdığına görə, cənab Fu Konq deyib ki, ABŞ nümayəndə heyəti son vaxtlar dəfələrlə Çinə qarşı əsassız ittihamlar səsləndirib. Amma Çin dövləti olaraq qəti şəkildə deyilənlərə qarşdıırlar.

O, Təhlükəsizlik Şurasının dəniz təhlükəsizliyi ilə bağlı yüksək səviyyəli açıq müzakirəsində deyib ki, Çin həmişə Panamanın kanal üzərində suverenliyinə hörmət edib və kanalın beynəlxalq su yolu kimi daimi neytrallığını tanıyır.

"ABŞ-ın Çinə qarşı yalanları və əsassız hücumları kanala nəzarəti ələ keçirmək üçün bəhanədən başqa bir şey deyil. Çin iqtisadi məcburetmə və zorakılıq praktikasına qəti şəkildə qarşı çıxır, ABŞ-ı yalan uydurmağa və problem yaratmağa son qoymağa çağırır", - Fu Konq deyib.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi “Çinin Panama kanalı ərazisində böyük təsiri” və “Çinin geniş və qeyri-qanuni dəniz iddiaları və təcavüzkar hərəkətləri” barədə danışaraq, Cənubi Çin Dənizi (SCS) ətrafındakı vəziyyətə eyham vurmuşdu.

Fu Konq bildirib ki, Birləşmiş Ştatlar bölgədə hücum silahları, o cümlədən qurudan orta mənzilli raketlər yerləşdirib. QKDK-da kəşfiyyat və hərbi təlimlər keçirmək üçün dəfələrlə çoxsaylı dəniz və hava qüvvələrini göndərib, öz hərbi qüdrətini nümayiş etdirib. O qeyd edib ki, Vaşinqtonun məqsədi regionda qeyri-sabitlik yaratmaq və öz geosiyasi gündəmini irəli aparmaqdır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hələ də BMT-nin Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və müvafiq öhdəliklərini yerinə yetirməkdən imtina edir. Onlar birtərəfli qaydada beynəlxalq dəniz dibi ehtiyatlarından istifadə etmək qərarına gələrək, beynəlxalq hüquqa və Beynəlxalq Dəniz Dibi Təşkilatının xəbərdarlıqlarına məhəl qoymur və bununla da bəşəriyyətin ümumi irsini mənimsəyir. “Biz ABŞ-ı ciddi şəkildə özünü yoxlamağa və böyük ölkə kimi məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, - Fu Konq deyib.

Seçilən
9
hafta.az

1Mənbələr