Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
"Çin böhranın sülh yolu ilə həllinə töhfə verən bütün səyləri dəstəkləyir. Biz Rusiya və ABŞ arasında təmasların saxlanmasını, onların münasibətlərinin yaxşılaşdırılmasını və Ukrayna böhranının siyasi həlli prosesinin irəliləyişini qeyd etməkdən məmnunuq".
Çin diplomatik missiyası həmçinin uzunmüddətli sülh sazişinə nail olmaq üçün bütün maraqlı tərəflərin danışıqlar prosesinə qoşula biləcəyini gözləyir.
"Biz gözləyirik ki, bütün maraqlı tərəflər uyğun vaxtda sülh danışıqları prosesinə qoşula və mümkün qədər tez ədalətli, uzunmüddətli və məcburi sülh sazişi əldə edə biləcəklər ki, bu da münaqişənin bütün tərəfləri tərəfindən qəbul ediləcək".