Niderlandın “Alkmar” klubunun 21 yaşlı sağ vingeri Ernest Poku bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Pokunun keçidi Leverkuzen təmsilçisinə 10 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Ernest Poku əslən Qanadan olsa da, Almaniyada dünyaya göz açıb. Niderlandlı futbolçu peşəkar karyerasına yetirməsi olduğu “Alkmar”da başlayıb. 21 yaşlı vinger bu klubun əsas komandasında 79 oyun keçirib, 6 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Niderlandın U-16, U-18, U-19 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə debüt etmək hələ qismət olmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
