Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Türkiyəyə ilk rəsmi səfəri başlayıb.
Moderator.az xəbər verir ki, onun başçılıq etdiyi nümayəndə heyətini Ankaranın Esenboğa hava limanında Türkiyənin yüksək vəzifəli şəxsləri qarşılayıb.
M.Kavelaşvili səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək. Yüksək səviyyəli görüşlərdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Prezidentin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya, Prezident Administrasiyasının nümayəndələri, Türkiyə parlamenti ilə Dostluq qrupunun rəhbəri və üzvləri - Giorgi Çkoniya, Mariam Laşxi, Mariam Maşaşili daxildir.