Ajans.az Scottish Marine Animal Stranding Scheme (Smass) təşkilatından Emma Neave-Webb-a istinadən xəbər verir ki,heyvanlar sağlam və yaxşı qidalanmış görünüblər, heç bir yaralanma və ya xəstəlik əlaməti aşkarlanmayıb. Onun sözlərinə görə, toxuma, dəri, yağ nümunələri və genetik analizlər aparılaraq balinaların bir-biri ilə əlaqəsi və həyat tərzi öyrəniləcək. Keçən il eyni adada 77 pilot balina sahilə çıxmış, onlardan sağ qalanlara evtanaziya tətbiq edilmişdi. Neave-Webb qeyd edib ki, bu cür hadisələr Yeni Zelandiya və Avstraliya kimi yerlərdə tez-tez baş verir, pilot balinalar isə kütləvi şəkildə sahilə çıxmağa meyllidir. Hazırkı hadisə sahildə baş verdiyi üçün utilizasiya prosesi çətin olacaq və ehtimal ki, cəsədlər təbii yolla parçalanmağa buraxılacaq.