“Fulhem”in hücumçusu Rodriqo Munis karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Atalanta” klubu ilə razılığa gəlib. 24 yaşlı forvardla 2029-cu ilə qədər sözləşmə imzalanıb.
Transfer məbləğinin 35 milyon avro və əlavə bonuslar olması gözlənilir.
Braziliyalı oyunçu 2024/25 mövsümündə bütün turnirlərdə 36 matça çıxaraq, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.