AZ

Daha bir futbolçu transfer etməyi planlaşdırır - “Barselona”

“Barselona” yay transfer pəncərəsinin son həftələrində daha bir futbolçu transfer edə bilər.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar əsas müdafiəçilərindən olan İniqo Martinesin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi ilə itki yaşayıb.

“Barselona”nın idman direktoru Deku yeni mərkəz müdafiəçisini heyətə qatmaq niyyətindədir. Portuqaliyalı funksioner 23 yaşdan aşağı oyunçu transfer etməyi düşünür.

Bu futbolçu “Barselona”nın ikinci komandasına qeydiyyatdan keçiriləcək, amma əsas heyətlə birlikdə məşq edə biləcək.

Kataloniya klubu hələ də Markus Reşford və qapıçı Xuan Qarsiyanın qeydiyyat məsələsini həll etməyib. Komanda avqustun 16-da La Liqanın ilk turunda səfərdə “Malyorka” ilə qarşılaşacaq.

Seçilən
27
sportinfo.az

1Mənbələr