Azərbaycanlı güləş hakimlərinin kateqoriyası yüksəldilib.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

25-28 iyun tarixlərində İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçib. Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.

Qeyd edək ki, bununla da II dərəcəli hakimlərimizin sayı 8-ə çatıb.