Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "4 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru vəzifəsindən azad edilib.
Hafta.az xəbər verir ki, AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Orduxan Əsgər oğlu Həsənəliyev işdən çıxarılıb. Onun yerinə Arzu Aydın oğlu Zeynalov təyin edilib. Qeyd edək ki, Orduxan Həsənəliyev 2019-cu ildə "4 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifəsinə gətirilmişdi. /"Qaynarinfo"/