Yazını böyüt
Yazını kiçilt
Baş məşqçinin qərarına əsasən, PSJ-nin əsas qapıçısı Canluici Donnarumma UEFA Superkuboku üçün açıqlanan heyətə daxil edilməyib.
Hafta.az xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.
İtaliyalı qolkiperin Superkubok görüşündə forma geyinməyəcəyi klub azarkeşləri arasında suallar yaradıb.
Xatırladaq ki, UEFA Superkuboku matçında PSJ klubu "Tottenhem"lə kubok uğrunda mübarizə aparacaq. Oyun avqustun 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.