AZ

Güllələnən prezidentliyə namizəd vəfat etdi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Kolumbiyada 2026-cı il ümumi seçkilərində sağ partiyanın prezidentliyə namizədləri arasında göstərilən və 7 iyunda silahlı hücumda ağır yaralanan senator Migel Uribe Turbay vəfat edib. 

"Cebheinfo.az" xəbər verir ki, 39 yaşlı Uribe Turbayın ölümünü həyat yoldaşı Maria Klaudia Tarazona təsdiqləyib. Turbay reanimasiya şöbəsində keçirdiyi 2 aydan sonra həyatını itirib. Xatırladaq ki, Kolumbiyanın paytaxtı Boqotanın qərbindəki Modelia məhəlləsində vətəndaşlarla görüşən Uribe 7 iyunda çıxış etdiyi vaxt silahlı hücuma məruz qalmışdı. 

Partiya üzvləri tərəfindən özəl klinikaya aparılan Uribenin ağır yaralandığı və bədəninə 6 güllə dəydiyi bildirilmişdi. Hökumət Uribeyə qarşı hücumdan sonra Təcili Müdaxilə Planının işə salındığını açıqlamışdı. Turbayı hədəf alan sui-qəsd cəhdinin təşkilatçısı olduğu güman edilən şəxs polislər tərəfindən saxlanılmışdı. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr