ABŞ-ın Cənubi Karolina ştatının sakini 20 dollara aldığı lotereya bileti ilə cek-pot udub.
Publika.az xəbər verir ki, uduşlar iki milyon dollar təşkil edib.
Kolumbiyalı qadın əvvəllər getmədiyi yerli yanacaqdoldurma məntəqəsinə gedib və lotereya bileti alıb. O, etiraf edib ki, qoruyucu təbəqəni cızmazdan əvvəl böyük bir qələbə ümidi ilə avtomobilində dua edib.
Bilet yoxlanılanda onun iki milyon dollar udduğu məlum olub. "Bileti qeydiyyatdan keçirən zaman əllərim titrəyirdi və uduşun özü əsl möcüzə, yuxunun gerçəkləşməsi kimi görünürdü", - qadın bildirib.