AZ

“Express Lombard” ötən ili mənfəətlə başa vurub

“Express Lombard” ASC 2024-cü ili 483 min manat mənfəətlə başa vurub. 2023-cü ildə lombard şirkətinin mənfəəti 134 min manat olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin gəliri 2 dəfə artaraq 1 milyon 43 min manat olub. Əvvəlki ildə lombard şirkətinin gəliri 520 min manat təşkil edib.

Hesabat dövründə “Express Lombard”ın cəmi aktivləri 222 min manatdan 1 milyon 105 min manata, cəmi öhdəlikləri 20 min manatdan 122 min manata, cəmi kapitalı isə 202 min manatdan 983 min manata çatıb.

Seçilən
86
banker.az

1Mənbələr