AZ

"Bayer" niderlandlı yarımmüdafiəçi transfer etdi

"Bayer" yarımmüdafiəçisi Ernest Poku ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı niderlandlı "Az Alkmaar"dan transfer edilib.

2024/25 mövsümündə Poku bütün yarışlarda 42 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun keçmiş klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 4 milyon avro qiymətləndirir.

Alman klubunun yeni futbolçu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Seçilən
78
operativmedia.az

1Mənbələr