Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərininiştirakı ilə Dədəli kəndində səyyar qəbul keçirib.
Trendxəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.
Bildirilib ki, qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba,Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləriiştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri,su təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlərsəsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.