AZ

“Turan Tovuz”da transfer gündəmi: Serrano, Veşoviç…

Idmanxeber.az saytına istinadən ain.az xəbər verir.

Növbəti mövsüm çempionluq iddiasında olan “Turan Tovuz”da transfer çalışmaları davam edir. Bölgə təmsilçisi heyətinə 3-4 oyunçu daha qatmağı planlaşdırır. Bu futbolçuların hamısı legioner olacaq.

Transfer prosesi baş məşqçi Kurban berdiyevin diqqəti ilə davam edir. Yeni oyunçular qısa zamanda komandaya qoşulmalıdır. 

Mətbuatda ən çox adı çəkilən oyunçu var – Alex Serrano və Marko Veşoviç. İki futbolçunun da klubun maraq dairəsində olduğu sirr deyil.

Artıq ispaniyalı oyunçu ilə razılıq əldə olunub. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Veşoviçin komandaya keçidi isə hələlik sual altındadır. Onunla danışıqlar davam etsə də, razılıq əldə olunmayıb.

Rəhbərlik mövsümün startına qədər yeni oyunçuları heyətə qatmağı düşünür. 

İdmanxeber.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr