İndoneziyanın Papua vilayətində güclü zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" чəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələ 6,5 bal gücündə baş verib.
ABŞ Geoloji Tədqiqat Mərkəzi bildirib ki, 6,5 bal gücündəki təkanın episentri vilayətin Abepura bölgəsindən 193 kilometr şimal-qərbdə yerləşir.
Zəlzələ 10 kilometr dərinlikdə baş verib, insan itkisi və ya maddi ziyan barədə məlumat yoxdur.
Zəlzələdən sonra tsunami barədə xəbərdarlıq verilib.