"Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əldə etdiyi tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. Bununla da dövlətimizin qarşısında yeni strateji vəzifələr meydana çıxmışdır. Bu vəzifələrin əsasını Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması təşkil edir".Bunu SİA-ya açıqlamasında deputat, politoloq Elman Nəsirov deyib.
Nəsirovun sözlərinə görə,hazırda Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və sistemli addımlar atmaqdadır: "Tarixi torpaqlara Böyük Qayıdışın təmin edilməsi prosesinə ciddi şəkildə start verilib. Bütün bu proseslərə siyasi iradə, güclü iqtisadi-maliyyə və kadr potensialı, eyni zamanda səmərəli idarəetmə və təşkilatçılıq bacarığı ilə yanaşılır. Nəticə etibarilə Azərbaycan bu sahədə bir çox ölkələr üçün nümunəvi təcrübə təqdim edir.Suriyanın keçid hökumətinin Prezidenti Əhməd əş-Şaraa2024-cü il iyulun 12-də Bakıda səfərdə olarkən bildirmişdir ki, onun ölkəsi Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsindən faydalanmaq niyyətindədir. Doğrudan da, Azərbaycan qısa müddət ərzində erməni işğalı nəticəsində tamamilə dağıdılmış şəhər və kəndləri, mədəni abidələri, yol və enerji infrastrukturlarını bərpa etməyə nail olub. 2021-ci ildən etibarən dövlət büdcəsindən bu məqsədlə ciddi vəsait ayrılır. 2025-ci ilin dövlət büdcəsində bu istiqamətə 4 milyard manat ayrılıb. 2021–2024-cü illər ərzində isə artıq 19 milyard manat bu işlərə xərclənib. Beləliklə, 2025-ci ilin sonuna qədər bu sahəyə ayrılan ümumi vəsait 23 milyard manata çatacaq.Tarixi Qayıdış konsepsiyası da məhz bu prosesin əsas mərhələlərindən biridir. İnfrastrukturun qurulması, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi, məktəblərin, xəstəxanaların, yolların, tunellərin və digər sosial obyektlərin inşası birbaşa vətəndaşların geri qayıdışı və orada layiqli yaşayışının təmin olunmasına xidmət edir.Bu günə qədər artıq 30 mindən çox soydaşımızın doğma yurdlarına qayıdışı təmin edilib və proses sürətlə davam edir. Qarşıya qoyulan məqsədə əsasən, 2026-cı ildə Böyük Qayıdışın birinci mərhələsi başa çatmalıdır".