AZ

Böyük Britaniyada əczaçılıq sektorunda oğurluq və aqressiya halları artıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 12 avqust, AZƏRTAC

Böyük Britaniyada apteklərdən oğurluq edənlərin sayı çoxalıb. Əczaçılıq sektorunda aqressiya hallarının da kəskin artdığı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu ölkənin Milli Əczaçılıq Assosiasiyasının apardığı sorğuya görə, son bir ildə apteklərin təxminən 90 faizindən oğruluq və işçilərə qarşı aqressiv davranışların artdığı bildirilib. Belə ki, sorğuya qatılan 500 aptekin 87 faizi işçilərinə qarşı ən azı bir dəfə qorxuducu davranış müşahidə edib, 22 faizi isə əməkdaşların fiziki hücuma məruz qaldığını qeyd edib.

Assosiasiyanın rəhbəri Henri Qreq nəticələri “dəhşətli” adlandırıb. Həmçinin deyib ki, ölkə üzrə 500-dən çox şəhər mərkəzində oğurluqların və əlaqəli cinayətlərin qarşısını almaq üçün əlavə polis patrulları təşkil olunub. Apteklərin nümayəndələri isə polis müdaxiləsinin kifayət qədər effektiv olmadığını diqqətə çatdırıblar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
azertag.az

10Mənbələr