AZ

Qaradağda səyyar görüş keçirildi - Fotolar

Avqustun 12-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda Sahil qəsəbəsi sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 90-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.





Seçilən
107
5
qafqazinfo.az

10Mənbələr