AZ

Formula 1 əfsanəsi və Hollivud ulduzu veqan fastfuda görə 20 milyon dollar itirdilər

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Formula-1" pilotu Lyuis Hemilton və Hollivud ulduzu Leonardo Di Kaprio investisiya etdikləri veqan fastfud şəbəkəsində 20 milyon dollar zərərə uğrayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı Böyük Britaniya Reyestr Palatasının sənədlərinə istinadən məlumat yayıb.

Uğursuz layihə "Neat Burger" adlanırdı və Londonda, Milanda, həmçinin Nyu-Yorkda fəaliyyət göstərirdi.

Lakin biznes gözlənilən nəticəni vermədi: 2021-ci ildə şirkətin zərəri 4.3 milyon dollar, 2022-ci ildə isə 10.6 milyon dollar olub. Nəticədə "Neat Burger" iflasını elan edərək bağlanıb.

Qeyd edək ki, bu il əfsanəvi "Ferrari" komandasına qoşulan 40 yaşlı Hemilton təkcə idman uğurları ilə deyil, həm də ekoloji problemlər və heyvanların mühafizəsi ilə bağlı fəal mövqeyi ilə tanınır. Sürücü özü 2017-ci ildə veqan pəhrizinə keçib və bitki əsaslı qidalanmanın faydalarından dəfələrlə danışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
oxu.az

1Mənbələr