AZ

Bayer Niderland millisinin üzvünü transfer etdi RƏSMİ

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniyanın "Bayer" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, leverkuzenlilər "AZ Alkmar"dan Ernest Pokunu transfer edib. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

"Bayer" niderlandlı vinger üçün onun klubuna 10 milyon avro təzminat ödəyəcək. 21 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ernest Poku 2019-cu ildə "AZ Alkmar"ın akademiyasına qoşulub. Niderland U-21 millisinin üzvü ötən mövsüm Eredivizie təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
1
sportal.az

2Mənbələr