ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ukrayna müharibənin dayandırılması müqabilində torpaqlarının bir hissəsini Rusiyaya vermək ssenarilərini nəzərdən keçirmir.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sıbiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Prezident Vladimir Zelenski bu mövzuya artıq açıq şəkildə cavab verib. Deyib ki, bu suala cavab Ukrayna Konstitusiyasındadır" – deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə çalışır.
Sıbiqa vurğulayıb ki, indiki mərhələdə prioritet atəşkəs rejiminin tətbiq edilməsidir və bu, gələcək danışıqlar üçün əsas rol oynayacaq.
Lalə,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.