AZ

DƏHŞƏT! Yanğın sürətlə yayılır, evlər boşaldıldı

Yunanıstanın müxtəlif bölgələrində baş verən meşə yanğınları səbəbindən bir çox yaşayış məntəqəsi boşaldılıb.

Turkustan.az xəbər verir ki, yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamaya görə, səhər saatlarında Zakintos adasının Lithakia, Aqalas və Koilomeno kəndləri arasında başlayan yanğın sürətlə böyüyüb.

Alov Ağalas və Keri yaşayış məntəqələrinə yaxınlaşdıqca 112 Təcili Yardım Xətti vasitəsilə təxliyə xəbəri göndərilib. Aqalas və Keridəki evlər, iş yerləri və otellər təxliyə edilib.

Ahaia bölgəsinin Erymanthos rayonunun Flogeraika bölgəsində baş verən yanğınla əlaqədar Kamenitsa, Loukisa, Ahaiko, Didacheika, Alissos və Spalairieika yaşayış məntəqələrinin əhalisi 112 qaynar xətti ilə Kato Ahaia'ya getməyə çağırılıb.

Prevezenin Gymnotopos bölgəsində baş verən yanğınla əlaqədar Kerasona istiqamətində təxliyə çağırışının edildiyi və bələdiyyənin ərazinin fövqəladə vəziyyət elan edilməsi üçün müraciət etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
1
turkustan.az

2Mənbələr