"Mançester Siti" Canluici Donnarummanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" Ceyms Traffordu heyətinə cəlb etməyinə baxmayaraq Pep Qvardiola italiyalı qapıçını komandasında görməyi arzulayır.

PSJ onun üçün 50 milyon avro tələb edir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bu keçidin baş tutmağı Edersonun "Qalatasaray"a gedişini sürətləndirə bilər.

"Sarı-qırmızılar"ın hələ də 1 nömrəli qapıçı hədəfi odur. 

Onlar hazırda həm oyunçu, həm də MS ilə danışıqlar aparır.

Xəbərdə verilən məlumata görə Donnarumma heç vaxt real hədəf olmayıb.