AZ

Nazir müavini Anar Bayramov Mingəçevir şəhərində vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov avqustun 12-də Mingəçevir şəhərində sakinləri qəbul edib.

QHT.az xəbər verir ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

A.Bayramov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Seçilən
47
32
qht.az

10Mənbələr