AZ

Bakı “dəhliz diplomatiyası” içində: üç qüvvə var Kim udacaq?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Cənubi Qafqaz və Orta Asiya arasında yerləşən geniş coğrafiyada artıq bir neçə ildir davam edən “dəhliz diplomatiyası” son Vaşinqton görüşü ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ekspertlər bildirirlər ki, ABŞ Trampın vasitəçiliyi ilə həm iqtisadi, həm də siyasi manevr imkanlarını artırmağa çalışır. Həmçinin Mərkəzi Asiyanı Rusiyanın və Çinin təsirindən uzaqlaşdırmaq niyyətini gizlətmir. Bu baxımdan, “Tramp dəhlizi” yalnız regional təşəbbüs deyil, həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində qlobal yarışın Qafqazdakı cavabıdır.

İlk mərhələdə udan ölkələr kimlərdir? Kollektiv Qərb ABŞ liderliyində önə keçirmi? Çinin mövqeyi necədir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Cənubi Qafqazda Şərq-Qərb istiqamətində əsasən bir dəhliz mövcuddur:

“Bakı-Tbilisi-Qars marşrutu. Burada Çin mövqeləri kifayət qədər güclüdür.

Həmçinin oxuyun:

Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan

Ermənistandan keçəcək iki dəmir yolu xətti var: biri şimalda, digəri cənubda. Şimaldakı xətt əsasən Rusiya ilə əlaqəli “Hayqomər” şirkəti tərəfindən idarə olunur. ABŞ isə diqqətini daha çox cənubdakı dəhlizə yönəldib.

Fərhad Məmmədov

Üçüncü xətt isə İran ərazisindən keçən və “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi tanınan marşrutdur. Burada əsas udan tərəflər Azərbaycan və Ermənistan olacaq. Həmçinin, bu dəhlizlərdən istifadə edən ölkələr strateji və iqtisadi baxımdan əhəmiyyətli faydalar əldə edəcəklər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
43
globalinfo.az

9Mənbələr