İtaliyalı hücumçu Mario Balotelli karyerası ilə bağlı maraqlı açıqlama verib.
Fanat.az xəbər verir ki, təcrübəli forvard hələ də reallaşdırmaq istədiyi bir arzusu olduğunu deyib:
“Hələ də gerçəkləşdirmədiyim bir xəyala sahibəm. "Real Madrid"də oynamaq istəyirəm”.
Bu barədə o İtaliya mətbuatına verdiyi müsahibədə danışıb.
35 yaşlı futbolçu vurğulayıb ki, bu hədəf onun karyerası boyu ən böyük motivasiyalarından biri olub.
Qeyd edək ki, Mario hazırda İtaliyanın "Cenoa" klubunun şərəfini qoruyur.
Kamil Xudiyev